Logo

Geomaqnit sahəsinin qeyri-sabit olacağı gözlənilir

11.12.2023 14:40 189 baxış
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub. Günəşin səthində 8 ləkə qrupunda 120 ləkə və tac dəlikləri müşahidə olunur. Günəş küləyinin sürəti 443 kilometr/saniyə təşkil edir.

Geomaqnit sahəsinin aktivliyi qeyri-sabit və sakit səviyyələrdə olub. Hazırda Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahəsi sakitdir.

Dekabrın 11-dən 17-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3511 və 3513 oblastlarındakı alışma ehtimallarına əsasən S1 (radiasiya qasırğası) səviyyəsinə yüksələ bilər.

Günəş küləyinin sürətinin müsbət qütblü tac dəliyindən çıxan yüksəksürətli axınların təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsinin də müsbət qütblü tac dəliyindən çıxan yüksəksürətli axınların təsiri ilə qeyri-sabit olacağı gözlənilir.

Xəbər lenti