Logo

AMEA Rəyasət Heyəti aparatının əməkdaşı Fəxri fərmanla təltif olunub

11.12.2023 13:30 266 baxış
IMG

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Azərbaycan Respublikasının Özbəkistandakı Respublikasındakı Səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərman ilə təltif olunub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edərək “Vikipediya” Beynəlxalq Ensiklopediyasında Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatının təbliği işində xidmətlərinə görə Fəxri fərmana layiq görülüb.

Xəbər lenti