Logo

BDU-nun SABAH qruplarının tələbəsi və məzunu Beynəlxalq Tələbə İnternet Olimpiadasında qalib olub

11.12.2023 13:17 282 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kimya müəllimliyi ixtisasının 2023-cü il məzunu Kənan Ağayev və IV kurs tələbəsi Cahan İsmayılova Məhtimqulu adına Türkmən Dövlət Universitetində Kimya fənni üzrə keçirilən Beynəlxalq Tələbə İnternet Olimpiadasında qalib olublar. Kənan Ağayev olimpiadada I, Cahan İsmayılova isə II yerə layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Qeyd olunub ki, Kimya fənni üzrə Beynəlxalq Tələbə İnternet Olimpiadası dünyanın 20-dən çox ölkəsindən 350-dən çox tələbəni əhatə edib.

Xəbər lenti