Logo

Nazir: "Məktəbəqədər yaş dövrünün inkişafı o qədər də baha deyil"

11.12.2023 11:12 235 baxış
IMG

"Təhsilin inkişafının ən vacib mərhələsi məktəbəqədər yaş dövrüdür".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu mərhələdə baş verən dəyişikliklər azı 15-20 il sonra təsirlərini göstərməyə başlayır.

"Məktəbəqədər yaş dövrünün inkişafı o qədər də baha deyil. Burada söhbət hansısa çətin və ya mürəkkəb müdaxilələrdən getmir. Söhbət oyunla öyrətmə, uşaqlarla vaxt keçirmə, kitab oxumaqdan gedir. Ciddi qəbul olunmasa da, ailə ilə birgə axşam yeməyi yemək, uşağın təhsili ilə bağlı suallar vermək təsirlidir”.

Kənan Nağıbəyli

Xəbər lenti