Logo

"Gələcəyin sahibkarları" mövzusunda tədbiri keçirilib - FOTO

11.12.2023 09:33 108 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının və Milli Aviasiya Akademiyasının TGT-nin təşkilatçılığı ilə "Gələcəyin sahibkarları" mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir çərçivəsində “Türkiyənin Denetik Belgelendirme” şirkətinin rəhbəri Adnan Karadaş ilə görüş keçirilib. Bakı Gənclər Mərkəzində təşkil edilən görüşdə hər iki Akademiyanın tələbələri ilə yanaşı digər ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə açılış nitqləri ilə çıxış edən DGKA-nın və MAA-nın TGT sədrləri Osman Müşəyev və Xədicə Əliyeva tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür ediblər.

İştirakçıları salamlayan ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib.

Gənclərin sahibkarlıq biliklərinin artırılması, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirilən tədbirdə Adnan Karadaş fərdi biznesin qurulması istiqamətində şəxsi təcrübəsini gənclərlə bölüşərək, sahibkarlıq fəaliyyəti ilə bağlı tələbələrə tövsiyələrini bildirib.

Xəbər lenti