Logo

Qazaxıstanda məktəblər qeyri-müəyyən müddətədək distant tədrisə keçib

10.12.2023 21:04 171 baxış
IMG

Qazaxıstanın Kostanay, Aktau və Arqalıq şəhərlərindəki məktəblərin distant tədrisə keçməsinə qərar verilib.

Tehsil.biz xəbər verir ki, qərarın əsas səbəbi adıçəkilən şəhərlərdə günlərdir davam edən şiddətli şaxtalardır.

Qeyd edək ki, dekabrın 11-də Qazaxıstanın Kostanay şəhərində mənfi 30 dərəcəyə qədər şaxta gözlənilir. Bu səbəbdən, orta məktəblərdə təhsil alan şagirdlər qeyri-müəyyən müddətədək dərslərinə onlayn formatda davam edəcək. (Apa)

Xəbər lenti