Naxçıvan Dövlət Universitetinin “Urologiya” ixtisası üzrə I kurs rezidenti Səddam İsgəndərov Norveçin Oslo Universitet xəstəxanasında "Kütləvi qırğın silahlarının istifadəsi zamanı ilkin tibbi yardım xidmətinin təşkili və müalicədə ən son yeniliklər" mövzusunda keçirdiyi təlimlərdə iştirak edərək sertifikatla təltif olunub.
Bu barədə "Tehsil.biz"ə NDU-dan bildirilib.
Qeyd olunub ki, təlimlər Avropa İttifaqının "Cənub-Şərqi və Şərqi Avropa" öləkələrində Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) hadisələri zamanı tibbi hazırlıq və cavab tədbir imkanlarının gücləndirilməsi məqsədilə keçirilib.