Logo

UTECA ilə TİF arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

10.12.2023 18:09 140 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun iştirakı ilə baş tutan görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində TİF-in sədri UTECA-nın maddi-texniki bazası ilə yaxından tanış olub.

Xəbər lenti