Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat texnlogiyaları mühəndisliyi ixtisasında təhsil alan bir qrup tələbə Bakı Limanına səfər edib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.
Səfər zamanı tələbələrə Bakı Limanının geostrateji yerləşmə mövqeyi, tarixi, texniki imkanları və burada yaradılan iş imkanları barədə məlumat verib həmçinin, liman haqqında videoçarxlar göstərilib.
Qeyd edək ki, tələbələr Bakı Limanının terminallarını da gəzərək yükaşırma əməliyyatlarını izləyib və onların sualları cavablandırılıb.