Logo

Ankara Haсı Bayram Veli Universitetinin dekanı MDU-da ustad dərs keçib

10.12.2023 15:20 100 baxış
IMG

7-8 dekabr tarixlərində Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) Turizm fakültəsinin dekanı professor İrfan Yazıcı oğlu Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr və magistrantlar üçün ustad dərsləri keçib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ustad dərslər zamanı professor Yazıcıoğlu “Liderlik” mövzusundan bəhs edib, tələbə və magistrantların suallarını cavablandırıb və onlara müvafiq tövsiyələrini verib.

Ustad dərslər tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, AHBVU 2023-cü ilin 8-9 dekabr tarixlərində MDU-nun evsahibliyi ilə keçirilən “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransın həmtəşkilatçılarından biri olub. Sözügedən ustad dərslər AHBVU Turizm fakültəsinin dekanı İ.Yazıcıoğlunun konfransda iştirak məqsədilə MDU-ya ziyarəti çərçivəsində təşkil edilib.

Xəbər lenti