Logo

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirilir

10.12.2023 10:02 149 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan vermək üçün 197 nəfərin namizədliyi qeydə alınıb. İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Üç saat davam edəcək imtahanda 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər sualın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

Bakı şəhərində 1 binada keçiriləcək imtahanın idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 18 nəzarətçi–müəllim, 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xəbər lenti