Logo

Güneyli siyasi məhbus, Nobel Sülh Mükafatı laureatı aclıq aksiyasına başlayacaq - FOTO

10.12.2023 09:39 174 baxış
IMG

İran paytaxtının “Evin” həbsxanasında saxlanılan güneyli siyasi məhbus Nərgiz Məhəmmədi aclıq aksiyasına başlayacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat paylaşıb.

Bildirilir ki, dekabrın 10-da Norveçin paytaxtı Osloda Nərgiz Məhəmmədiyə Nobel Sülh Mükafatının təqdim edilməsi mərasimi keçiriləcək. Mükafatlandırma mərasiminə qatılan bilməyən hüququ müdafiəçisi Beynəlxalq İnsan Haqları Günü ilə eyni vaxtda İranda insan haqlarının kobud və geniş şəkildə pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayacağını açıqlayıb.

Nərgiz Məhəmmədinin “Instagram” hesabında paylaşılan açıqlamada bu aksiyanın “Evin” həbsxanasında cəza çəkən bəhai inancına mənsub qadınlarla birlikdə aparılacağı bildirilir.

Xəbər lenti