Logo

BANM-in əməkdaşı Erasmus Mundus Assosiasiyasının ölkə təmsilçisi seçilib

09.12.2023 23:44 246 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəfəq Vəliyeva Erasmus Mundus Assosiyasiyasının (EMA) Azərbaycan üzrə 21 noyabr 2023-cü ildən 21 noyabr 2025-ci il tarixinədək ölkə təmsilçisi seçilib.

Tehsil.biz xəbər verir ki, EMA Erasmus Mundus Magistratura və Doktorantura proqramlarının tələbələri və məzunları üçün assosiasiyadır. EMA 2020-ci ilə kimi 170-dən çox ölkədən 12.000-dən artıq üzvü olan beynəlxalq təşkilata çevrilib. EMA 2006-cı ildə keçmiş Erasmus Mundus tələbələri tərəfindən yaradılıb. Assosiasiya Erasmus Mundus məzunlarının dinamik və davamlı icmasını yaratmaq, proqramı təcrübədən keçirmiş şəxslər arasında əməkdaşlığı və şəbəkələşməni təşviq etmək məqsədi daşıyır.

EMA üzvləri arasında şəbəkələşməni və bilik mübadiləsini asanlaşdırmaq üçün tədbirlər, konfranslar və seminarlar təşkil edir. EMA Avropa və beynəlxalq səviyyədə Erasmus Mundus məzunlarının maraqlarını təmsil edir. O, Erasmus Mundus proqramını və onun məzunlarını müdafiə etmək üçün siyasətçilər, təhsil müəssisələri və digər maraqlı tərəflərlə əlaqə saxlayır.

Xəbər lenti