Logo

"Türk dilinin tarixi inkişaf prosesi" mövzusunda mühazirə oxunub - FOTO

09.12.2023 18:00 195 baxış
IMG

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün “Türk dilinin tarixi inkişaf prosesi" mövzusunda mühazirə oxunub. 

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayeva mühazirəsində bir dilin nə qədər köklü olmasının o dilin keçmişi ilə ölçüldüyünü diqqətə çatdırıb: “Şübhəsiz, türkcə bilinən ilk yazılı qaynaq olan Orxon-Yenisey abidələri min ildən çox keçmişi ilə köklü və güclü bir dildir. Hazırda bu dil ailəsi 180 milyon insanın doğma dilidir”.

Xanım Abdullayeva türk dillərinin tarixi inkişaf mərhələləri - Altay və Hun dövrləri (eramızın V əsrinədək), Qədim Türk dövrü (V-X əsrlər), Orta Türk dövrü (X-XV əsrlər), Yeni və Ən Yeni Türk dövrləri (XVI-XX əsrlər) barədə məlumat verib. Dil ailəsinin xüsusiyyətlərindən danışan mühazirəçi türk dillərinin hamısında ahəng qanununun, samitlərin assimiliyasiyasının, kök və şəkilçilərin xüsusi quruluşa malik olmasının demək olar ki, eynilik təşkil etdiyini bildirib.

Sonda mühazirənin əhəmiyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Xəbər lenti