Logo

“Dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil edilib

09.12.2023 13:44 189 baxış
IMG

Dekabrın 8-də Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşları üçün təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlim zamanı iştirakçılara etik davranış qaydaları barədə, eləcə də korrupsiyaya qarşı mübarizə üsulları və ixtisaslaşmış orqanlar haqqında məlumat verilib, qaydalarla bağlı praktiki müzakirələr təşkil olunub. Təlim zamanı geniş fikir mübadiləsi aparılıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Xəbər lenti