Logo

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

09.12.2023 13:30 95 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.

Vakant vəzifə haqqında məlumatı təqdim edirik.

İş barədə məlumat:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması;

• İşçilərin şəxsi işlərinin qaydaya salınması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;

• Əmək kitabçalarının qeydiyyatının aparılması;

• Məzuniyyət və ezamiyyətlərin sənədləşdirilməsi;

• Əməkdaşların məlumatlarının elektron sistemləşdirilməsi;

• Müvafiq vakansiyaların yazılması və elan edilməsi.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil: Ali

• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək

• Yaş: 20–50

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına dekabrın 25-dək göndərə bilərlər.

Xəbər lenti