Logo

Azərbaycan alimi Mərakeşdə ICESCO-nun forumunda məruzə edib - FOTO

09.12.2023 09:16 165 baxış
IMG

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov Mərakeşin Rabat şəhərində İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Çinin Şanxay Universiteti ilə birgə keçirdiyi Beynəlxalq İpək yolu Forumunda iştirak edib.

Şərqşünaslıq İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, forumda ICESCO-ya üzv ölkələrin tanınmış tarixçiləri məruzələr edib və Cin Xalq Respublikasını İslam dünyası ilə birləşdirən tarixi əlaqələri və indiki əməkdaşlıq layihələrini müzakirə ediblər. Konfransın rəsmi proqramından sonrakı gündə Mərakeşdəki Çin mədəniyyət mərkəzində İslam dünyasının məşhur səyyahı İbn Battutanın mirası və onun dəyərlərinə həsr edilmiş seminar keçirilib.

ICESCO-nun qərargahında keçirilən forumda və sonrakı tədbirlərdə Fərda Əsədov "Ərəblərlə Xəzər türklərinin İpək yolu üzərində ticarət əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edib və erkən orta əsrlərdə Çinlə müsəlman dünyasının ticarət əlaqələrinin tarixi əhəmiyyəti barədə danışıb.

Xəbər lenti