Logo

BSU-da “Balaca ulduzlarımız” adlı konsert proqramı keçirilib - FOTOLAR

08.12.2023 23:49 218 baxış
IMG

Dekabrın 8-də Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatı (BSU TGT) və Tələbə Həmkarlar İttifaqı Təşkilatının ( BSU THİK) təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında “Balaca ulduzlarımız” adlı konsert proqramı keçirilib.

Tehsil.biz xəbər verir ki, konsertdə Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının, xarici bəstəkarların əsərlərindən ibarət musiqi nömrələri, Avropa klassik musiqisi, mahnılar, ariya və romanslar təqdim olunub.

Sonda Vokal Musiqi Məktəbinin tələbələri Emin Ağalarovun “Мой Азербайджан" mahnısını ifa ediblər.

Xəbər lenti