Logo

Paytaxt məktəblisi Biofizika İnstitutunda təcrübə keçməyə başlayıb - FOTO

08.12.2023 21:19 222 baxış
IMG

Bakı şəhəri, Qaradağ rayonu 294 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Rəsul Əsədzadə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasında təcrübə keçməyə və laboratoriyanın elmi araşdırmalarında iştirak etməyə başlayıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İlk tanışlıq günündə şagirdə elmi müəssisənin laboratoriyaları, əsas fəaliyyət istiqamətləri, laboratoriyaların elmi fəaliyyəti barədə geniş məlumat verilib.

Təcrübə zamanı Rəsul Əsədzadə klonlaşdırmanın ilkin mərhələlərinə - genlərin ayrılması və plazmid DNT-nin ayrılması mərhələlərinə qoşulub. Molekulyar biologiyanın klassik və müasir metodlarından istifadə edərək plazmid DNT-nin E. coli-də artırılmasında və kulturadan ayrılmasında və ayrılmış plazmidin restriksiya fermentləri ilə kəsilməsində yaxından iştirak edib.

Xəbər lenti