Logo

Mədəniyyət naziri Naxçıvan şəhərində Heydər Əliyev Muzeyini ziyarət edib - FOTO

08.12.2023 17:29 122 baxış
IMG

Mədəniyyət naziri Adil Kərimli Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində dekabrın 8-də Naxçıvan şəhərində Heydər Əliyev Muzeyini ziyarət edib. 

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, Ulu Öndərin adına ölkəmizdə yaradılmış ilk muzeyin tarixi, fəaliyyəti və burada qorunan eksponatlar haqqında nazirə məlumat verilib.

Bildirilib ki, 1999-cu il mayın 10-dan fəaliyyət göstərən muzeydə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri nümayiş olunur. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevə müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətləri, dahi siyasətçinin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyaları muzeyin eksponatları içərisindədir. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.

Xəbər lenti