Logo

ATMU əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlıdır

08.12.2023 16:43 130 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov Pakistanda fəaliyyət göstərən Riphah Qonaqpərvərlik və Mətbəx Sənətləri İnstitutunun rəhbəri Athar Jameel, habelə Qazaxıstandakı Beynəlxalq Qonaqpərvərlik və Turizm Universitetinin nümayəndələri ilə görüşüb. 

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.
Bildirilib ki, görüşdə İ.Mədətov ATMU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, təhsil imkanları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, dünyanın nüfuzlu hotellərində təcrübə imkanlarından danışıb. Rektor Pakistanda və Qazaxıstanda fəaliyyət göstərən ali təhsil ocaqları ilə də əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Xəbər lenti