Logo

Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrə dekabrın 14-də start veriləcək

08.12.2023 16:20 120 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə 2023-cü il dekabrın 14-də start veriləcək.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət olunacaqlar. Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə veriləcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq

Xəbər lenti