Logo

Nazir Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edib - FOTO

08.12.2023 15:56 252 baxış
IMG

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu dekabrın 8-də Naxçıvan şəhərində gerçəkləşib.

Tehsil.biz xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Liderin Naxçıvan şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli Lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Xəbər lenti