Logo

BDU-nin Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktor müavini vəfat edib - FOTO

08.12.2023 12:08 147 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktor müavini Bayram Məmmədov vəfat edib.

Bu barədə "Tehsil.biz"ə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Bayram Məmmədov 1949-cu ildə Bakıda anadan olub.

1973-cü ildən 2019-cu ilə qədər BDU-da Yaradıcılıq klubunun müdiri vəzifəsində çalışıb. 2019-cu ildə klub Mədəniyyət-yaradıcılıq Mərkəzi statusu alandan direktor müavini vəzifəsini icra edib, BDU-da tələbələrin sosial fəallığının artırılmasında mühüm xidmətlər göstərib.

Xəbər lenti