Logo

BDU-da türkiyəli deputatla görüş keçirilib - FOTO

08.12.2023 11:33 110 baxış
IMG

Türkiyə Böyük Millət Məclisinin deputatı, tanınmış siyasətçi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə dekan Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin fəaliyyət istiqamətləri, mövcud ixtisaslar, müəllim-tələbə heyəti haqqında məlumat verib. Qeyd edilib ki, BDU-da təhsil alan türkiyəli tələbələrin ən çox seçdikləri ixtisaslardan biri məhz psixologiyadır.

Şamil Ayrım müxtəlif sahələr üzrə əməkdaşlığın önəmini vurğulayıb, fakültə rəhbərliyinə elmi fəaliyyət və tədrisin təşkilində uğurlar arzulayıb.

Türkiyəli deputat sonra Sosiologiya kafedrasının professor-müəllim heyəti ilə görüşüb, müzakirələr aparılıb. Müzakirələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaş ölkələr arasındakı elm, təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət, sosial əlaqələrə diqqət yetirilib. Bu əlaqələrin daha da genişləndirilməsi üçün professor-müəllim heyəti və tələbələrin aktivliyinin artırılmasının zərurililiyi vurğulanıb.

Görüşdə Azərbaycan və Türkiyə əlaqələrinin inkişaf perspektivləri istiqamətində fakültənin xətti ilə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov bu ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə: Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilmiş sosial elmlər üzrə beynəlxalq fənlərarası elmi konfransda onlayn məruzə etmiş Şamil Ayrıma təşəkkürünü bildirib, qonağa plaket və təşəkkürnamə təqdim edib.

Xəbər lenti