Logo

BAAU-da Amerikada təhsil təqaüdləri haqqında infosessiya keçirilib - FOTO

08.12.2023 11:05 209 baxış
IMG

Bakı Avrasiya Universitetində (BAAU) “Tərcümə” kafedrasının təşkilatçılığı ilə Amerikada təhsil təqaüdləri haqqında infosessiya keçirilib.

Tehsil.biz xəbər verir ki, infosessiyada ABŞ-nin Azərbaycandakı Səfirliyinin ingilis dili üzrə proqram koordinatorları Səbinə Abdullayeva və Xanım Teyilova iştirak ediblər.

Görüşdə universitetin I , II kurs tələbələri GLOBAL UGRAD, SUSİ və Amerikada digər təhsil proqramları haqqında geniş məlumatlar əldə ediblər.

Daha sonra infosessiyada təqaüdlə bağlı videotəqdimat nümayiş olunub və tələbələrin sualları cavablandırılıb.

​​​​​​

Xəbər lenti