Logo

Rektor beynəlxalq müsabiqənin yarımfinalında iştirak edəcək tələbələrlə görüşüb - FOTO

07.12.2023 22:10 132 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Gürcüstanda Kutaisi şəhərində keçiriləcək “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinalında və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcək tələbələrlə görüşüb. 

Tehsil.biz xəbər verir ki, rektor iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin həm Azərbaycanı, həm də Ali Məktəbi layiqincə təmsil edəcəklərinə inandığını bildirib. 

Tələbələr 12-15 dekabr tarixlərində müsabiqəyə qatılmaq üçün bu ölkəyə yola düşəcəklər. Onlarin elmi rəhbəri BANM -in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Ramil Şükürovdur.

“Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XIX Azərbaycan Birinciliyi) Bakıda keçirilib.  Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.

Komandalara 5 saat ərzində 13 #alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

BANM bu yarışda 3 komanda ilə təmsil olunacaq. 

Xəbər lenti