Logo

"Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

07.12.2023 19:45 184 baxış
IMG

Dekabrın 11-də “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq. 

Tədbirin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanış olmaqdır.

Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”, “Məktəbəqədər təhsildə effektiv idarəetmə”, “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq.

Beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürür. 

Konfrans Təhsil TV vasitə ilə Azərbaycan dilində tərcümə ilə canlı yayımlanacaq.

Xəbər lenti