Logo

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində müzakirə aparılıb - FOTO

07.12.2023 16:06 109 baxış
IMG

Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb.
Ordu generalı İ.Özsert hərbi institutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb.

Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.

Qonaqlar keyfiyyətli təhsilin təşkili məqsədilə hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyəli nümayəndələrə institutda icra edilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib.

Sonda birgə xatirə şəkli çəkdirilib.

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində müzakirə aparılıb

Xəbər lenti