Logo

Azərbaycanda yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq

07.12.2023 12:54 289 baxış
IMG

"2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birgə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparacılacaq".

Tehsil.biz xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

"Yaponiyadan mütəxəssislər gələcək. Seysmik mikrorayonlaşdırma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir", - Qurban Yetirmişli bildirib.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritənin də olacağını bildirib.

Kənan Nağıbəyli

Xəbər lenti