Logo

İran HDQ komandanı Heydər Əliyev adına Hərbi İnstitutda olub - FOTO

07.12.2023 10:09 119 baxış
IMG

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin "N" hərbi hissəsini ziyarət edib.

Müdafiə Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin institutun ərazisindəki abidəsi önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Qonaqlara hərbi institutun yaranma tarixi və fəaliyyəti ilə bağlı brifinq təqdim olunub.

Müxtəlif kafedralar və kursantların tədris prosesi ilə tanışlıqdan sonra iranlı nümayəndələrə HDQ-nin "N" hərbi hissəsində şəxsi heyətlə keçirilən döyüş hazırlığı tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

İran HDQ komandanı hərbi institut və hərbi hissədə olub

İran HDQ komandanı hərbi institut və hərbi hissədə olub

İran HDQ komandanı hərbi institut və hərbi hissədə olub​​​​​​

Xəbər lenti