Logo

"Prezidentin uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu"

07.12.2023 09:17 123 baxış
IMG

"Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib".

Tehsil.biz xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.

Rektor qeyd edib ki, bu mühüm nailiyyət Prezident İlham Əliyevin uzaqgörən liderliyi sayəsində mümkün olmuşdur:

"Prezident İlham Əliyevin uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Qarşımızda nəhəng vəzifə var. İnfrastruktur layihələri ilə yanaşı əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Bir milyona yaxın azərbaycanlı işğalın qurbanı olub, onların evləri talan edilib və dağıdılıb. Hökumətin tapşırığı əsasında son 3 il ərzində ADA Universitetinin tədqiqatçıları məcburi köçkün ailələri ilə görüşərək onların ehtiyacları və prioritetlərini daha yaxşı anlamaq üçün müxtəlif sorğular aparmışdır. Onların əksəriyyəti doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişdir".

Mərcanə Əsədova

Xəbər lenti