Logo

AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıb - FOTO

06.12.2023 19:32 277 baxış
IMG

Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Çempionatın ümumi nəticələrinə görə Azərbaycan komandası 3-cü yeri tutub.

Çempionatda 23 ölkənin yığma komandaları iştirak edib.

Xəbər lenti