Dekabrın 6-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında olan əməkdaşlıq çərçivəsində “Təşkilata uyğun zəruri səriştələrin müəyyən edilməsi üsulları” mövzusunda nəzəri və praktik hissələrdən ibarət təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Təlim zamanı DİM-in Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova və aparıcı məsləhətçisi Gülü Əliyeva tərəfindən zəruri səriştələrin müəyyən edilməsinə olan yanaşmalar, mərhələlər, təhlil xüsusiyyətləri, açar səriştələrin müəyyən edilməsi yolları haqqında iştirakçılara məlumat verilib.
Qulluq funksiyalarından irəli gələrək müvafiq səriştələrin düzgün müəyyən edilməsi məqsədilə praktiki tapşırıqlar üzərində işlənilib və iştirakçıların sualları cavablandırılıb.