Logo

Əməkdar elm xadimi məktəblilərlə görüşüb - FOTO

06.12.2023 16:55 135 baxış
IMG

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin növbəti görüşü paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilib.

F.Rüstəmov özünün məktəb illəri ilə indiki dövrü müqayisə edib, müasir dünyanın tələbləri və bu günün məktəbindən, zamanla dəyişən, həmçinin müqəddəsliyini qoruyub saxlayan dəyərlərdən danışıb. Qonaq təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyi, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin önəmindən, ixtisas seçimində diqqət edilməli olan məqamlardan, mütaliənin faydalarından söz açıb.

Pedaqoq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, vacib mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti