Logo

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlər başlayır

06.12.2023 14:44 219 baxış
IMG

Dövlət İmtahan Mərkəzi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayır.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, müsahibələrə 4 dekabr 2023-cü il tarixinədək elektron qaydada DİM-in saytında qeydiyyatdan keçmiş 634 yeni namizəd dəvət olunacaq.

Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzabati binasında (ünvan: Bakı ş., Nəsimi r., Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində (https://dim.gov.az/contacts/index.php) təşkil olunacaq.

Müsahibə günü, saatı və ünvanı namizədə elektron anketdə daxil etdiyi e-poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildiriləcək. 

Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Müsahibəyə gələn əməkdaşın şəxsiyyət vəsiqəsi və surəti;

2. “Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);

3. İş yerindən arayış (iş yeri olduğu halda);

4. Bank rekvizitləri (Rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);

5. Təhsil haqqında sənədin əsli və surəti;

6. Məhkumluğun olmamasına dair arayış;

Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və məlumatlarda hər-hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.

Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaqlar.

Müsahibə və təlimlər ödənişsizdir.

Xəbər lenti