Logo

“Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” adlı beynəlxalq konfrans başa çatıb - FOTO

06.12.2023 11:30 169 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda beynəlxalq elmi konfrans dekabrın 5-də öz işini onlayn platforma bölməsində davam etdirib.

Bu barədə "Tehsil.biz"a AMEA-dan bildirilib.

Bölmə üzrə məruzələr “Təbii resurslar” mövzusuna həsr olunub.

Konfransın ikinci gününün onlayn platforma bölməsində respublikamızın elm və təhsil müəssisələrinin əməkdaşları ilə yanaşı, Pakistan, Rusiya, Misir, İndoneziya, Qazaxıstan, Özbəkistan və Tacikistanın elm adamlarının qlobal problemlərə həsr olunmuş məruzələri təqdim edilib.

Onlayn platformada professor Amin Babayev “Şəki-Zaqatala iqtisadi rayonunda ekoloji (orqanik) kənd təsərrüfatının inkişaf perspektivləri”, geologiya-mineralogiya üzrə fəlsəfə doktorları Etibar Qaravəliyev “Kurqanların strukturunun seysmik kəşfiyyat üsulu ilə tədqiqi”, Hüseyn Mustafabəyli “Landşaftların inkişaf qanunauyğunluqlarına dair” (Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid landşaftların timsalında), tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudov “Azərbaycan və Şərq filosoflarının təbiət görüşləri: ətraf mühitə münasibətin tarixi əsasında” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayevin “Kiş çayının Qaynar və Damarçın qolları hövzələrində sellərin əmələgəlmə şəraiti”, Aygün Babayevanın “Gəncə-fiziki coğrafi rayonunda səhralaşma prosesləri”, Fəxrəddin Kərimovun “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət”, eləcə də digər yerli və xarici ölkə alimlərinin məruzələri dinlənilib.

Qeyd edək ki, beynəlxalq konfrans Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Şəki Regional Elmi Mərkəzinin yaradılmasının 50 illiyinə həsr olunub.

Xəbər lenti