Logo

Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təşkil olunmuş təlimlər başa çatıb - FOTO

05.12.2023 19:44 198 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təşkil olunmuş təlimlər başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, təlim proqramının təşkilində məqsəd təhsil işçilərinin müvafiq bilik və bacarıqlarının təkmilləşdirilməsi, təhsilverənləri bu sahədə olan yeniliklər və strategiyalarla tanış etməkdən ibarətdir.

Təlimlərə 3 min nəfər məktəbəqədər təhsil müəssisələrində çalışan heyət cəlb olunub.

Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən 2270 tərbiyəçi-müəllim və 10 regional təhsil idarəsindən 730 bağça müdiri peşəkar inkişaf istiqamətində təlimlərə cəlb olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti