Logo

"Təhsil Nazirliyi məktəbdəki arzuolunmaz haldan məlumatlıdır" - ŞİKAYƏT/FOTO

31.03.2021 17:08 1352 baxış
IMG

"Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə 1 il 3 aydır təyin olunub.Əmək fəaliyyətini qanundankənar prinsiplər üzərində qurmaqla, təhsilin və tədrisin səmərəli fəaliyyətinə zərbə vurmuşdur".

 

Tehsil.biz bildirir ki, bu fikirlər sosial şəbəkədə feysbuk istifadəçisi tərəfindən paylaşılıb:

 

"Cənab direktor" məktəb üzrə yeddi yeri  vakansiyadan gizlətmişdir! Malik Mustafayevin 15 aylıq fəaliyyəti araşdırılarsa, nələrin aşkarlanacağını təsəvvür etmək elədə çətin deyil.

1. İbtidai sinif (2 yer)
2. Azərbaycan dili və ədəbiyyat (1 yer)
3. Tarixi (1 yer)
4. Coğrafiya (1 yer)
5. Kimya (1 yer)
6. Musiq (1 yer)
 
8 saylı ƏMHM rəisi Fəraid Qəhrəmanovun yerində olmamasının nəticəsi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzinin Nümunəvi Əsasnaməsi 
7.16 müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi müsabiqəsinə vakan yerlərin çıxarılmasına nəzarəti həyata keçirmək".

 

İstifadəçi 'Təhsil Nazirliyi 58 nömrəli tam orta məktəbdə arzu olunmaz haldan məlumatlıdır. Ardı var"- deyə bildirib.

 

Qeyd: Qarşı tərəflərin fikirlərini yayımlamağa hazırıq!

 

Sözügedən paylaşımı təqdim edirik:

 

 

Xəbər lenti