Logo

BDU-nun SABAH qruplarında ingilis dilinin tədrisi təkmilləşdirilir - FOTO

04.12.2023 16:55 150 baxış
IMG

Bakı Dövlət Univesitetinin (BDU) SABAH qruplarında ingilis dilinin tədrisinin təkmilləşdirilməsi istiqamətində davamlı addımlar atılır. BDU SABAH Mərkəzi tərəfindən xarici dili tədris edən müəllim heyəti üçün panel müzakirə keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, SABAH qruplarının müəllimləri Abdulxaliq Məmmədli və Aynur Budaqovanın moderatorluğu ilə baş tutan panel müzakirədə təlim və tədris prosesi üçün istifadə olunan dərsliklərdən, əlavə autentik materiallardan və onların tədris üçün yararlılıq səviyyəsindən danışılıb. Müzakirələr zamanı fənnin öyrənilməsi üçün zəruri informasiyanı özündə əks etdirən, müəllimlə tələbə arasında əsas kommunikasiya vasitəsi olan fənn sillabusları və tələbələrin qiymətləndirmə sisteminin obyektivliyi prioritet istiqamətlərdən biri kimi qiymətləndirilib.

Görüş müddətində BDU-nun SABAH qruplarının tələbələri arasında aparılan sorğunun nəticələri və tələbələrin təklifləri səsləndirilib. Sonda tədbir iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb, məsələ ilə bağlı suallar cavablandırılıb.

Xəbər lenti