Logo

Radiasiya Problemləri İnstitutunda SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib

04.12.2023 10:48 182 baxış
IMG

Radiasiya Problemləri İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, görüşdə İcra Komitəsinin rəhbəri Eldar Qocayev, SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris, professor-müəllim heyəti və əməkdaşlarla iş üzrə müavini Nailə Qəhrəmanova, SABAH qrupları İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH Mərkəzinin rəhbəri Arzu İbrahimova, Azərbaycan Texniki Universitetinin SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqova, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İ.Mustafayev, icraçı direktoru R.Mehdiyeva, laboratoriya rəhbərləri, k.e.d., professor M. Qurbanov, k.e.d. X.Məmmədov, İnnovativ Tədqiqatlar qrupunun rəhbəri N. Heydərov, əməkdaşlar İ.Nuriyev, M.Nəzərov, gənc elmlər doktoru E.Hüseynov iştirak ediblər.

İnstitutun baş direktoru qonaqları salamlayaraq Radiasiya Problemləri İnstitutunun yaradılması, onun elmi istiqamətləri, institutda aparılan elmi-tədqiqat işləri, innovasiyalar, yeni tədqiqat avadanlıqları haqda məlumat verib. İcra Komitəsinin rəhbəri E.Qocayev SABAH qrupları, bu qrupların yaradılması məqsədi və məramları, elmlə təhsilin inteqrasiyası, SABAH qrupu tələbələrinin elmi-tədqiqat laboratoriyalarında tədqiqatlarda iştirakının vacibliyi haqqında danışıb, magistr ixtisasları hazırlığı üzrə institutun imkanları müzakirə edilib. Görüşün sonunda qonaqlar institutun elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, alimlərlə təhsilin müxtəlif məsələləri geniş müzakirə edilib.

Xəbər lenti