Logo

ADU-da "Poetik və prozaik təfəkkürün tarixinə ekskurs” adlı tədbir keçirilib - FOTO

03.12.2023 17:40 165 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsi və Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Poetik və prozaik təfəkkürün tarixinə ekskurs” adlı tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, magistratura şöbəsinin ədəbiyyatşünaslıq ixtisasının I və II kurs tələbələrinin iştirak etdiyi tədbirə qonaq qismində şair, esseist Aqşin Yenisey dəvət olunub. 

ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Qismət Rüstəmov görüşü açıq elan etdikdən sonra Aqşin Yenisey mövzu ətrafında geniş çıxış edib və ədəbi prosesin tarixindən məlumat verərək, Şərq və Qərb mühitinin özünəməxsus xüsusiyyətlərini və ədəbi prosesə təsir edən tarixi və fəlsəfi aspektlərini vurğulayıb.

Magistrların sualları əsasında ədəbiyyatşünaslıq və təhsil məsələləri də müzakirə olunub.

Xəbər lenti