Logo

ADA Universiteti Gürcüstandakı soydaşlarımız üçün təqaüd proqramı təklif edir

03.12.2023 13:29 195 baxış
IMG

ADA Universiteti Gürcüstandakı soydaşlarımız üçün təqaüd proqramı təklif edir.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının qabaqcıl ali təhsil ocaqlarından olan ADA Universiteti 2023-2024-cü tədris ili üçün magistratura pilləsi üzrə “Təhsil üzrə menecment”, eləcə də “Təlim və tədrisin təşkili və metodikası” üzrə magistr ixtisaslarında Azərbaycan dilində təhsil almaq istəyən soydaşlarımız üçün təqaüd proqramı elan edir.

Sözügedən ixtisaslara qəbul olunan tələbələr təhsilini ADA Universitetinin Qazaxdakı Mərkəzində əyani və distant formada davam etdirməsi nəzərdə tutulur.

Xarici ölkə vətəndaşlarının bu ixtisaslara qəbulu namizədlərin ADA Universitetinə elektron ərizə formasını təqdim etməsi və müsahibədə iştirakı ilə həyata keçirilir.

Eyni zamanda, müsahibədən uğurla keçən namizədlər ADA Universitetin təqaüd proqramı çərçivəsində təhsil haqqı və nəqliyyat xərcləri ilə təmin olunurlar.

2022-ci ildə ADA Universitetinin Qazaxdakı Mərkəzində təhsil almaq üçün Gürcüstandakı soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər ünvanlanmış və 2022-2023-cü tədris ili üzrə təhsil almaq üçün 24 soydaşımız magistraturaya qəbul olunub.

Növbəti tədris ilində də Gürcüstandakı soydaşlarımızın ADA Universitetinin imkanlarından yararlana bilməsi üçün aşağıda qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər: [email protected]

Xəbər lenti