Logo

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir

02.12.2023 22:26 210 baxış
IMG

Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlanıb.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var.

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilir.

Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.

Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq.

Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

Xəbər lenti