Logo

“HasSak” etno-folklor ansamblının konserti olub - FOTO

02.12.2023 22:00 187 baxış
IMG

Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində “HasSak” etno-folklor ansamblının konserti olub.

Tehsil.biz xəbər verir ki, konsertdən əvvəl çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel iki ölkə arasındakı ortaq mədəniyyətlərdən danışıb. O deyib: “Azərbaycan və Qazaxıstanı ortaq mədəniyyətlər birləşdirir. İncəsənətimizin və mədəniyyətimizin zəngin olması çox sevindirici haldır. Belə tədbirlərin keçirilməsi bizlər üçün də çox önəmlidir. Siz çıxış edəcək ansamblda milli mədəniyyətimizin dərinliklərini duyacaqsınız".

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov iki ölkə arasında qurulan əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də xeyli inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu, Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində keçirilən ilk tədbirdir.

Sonra konsert təqdim olunub.

“HasSak” etno-folklor ansamblı 2013-cü ildə yaradılıb və ötən illər ərzində xalq musiqisi sahəsində bir çox nüfuzlu dünya mükafatına layiq görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə “World folk vision” Beynəlxalq Müsabiqəsinin Qran-pri qalibi, “Central Asia Got Talent” Beynəlxalq istedad müsabiqəsinin “Qızıl düymə” mükafatının sahibidir.

Xəbər lenti