Logo

Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub

02.12.2023 18:51 152 baxış
IMG

Dekabrın 1-də Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan bildirilib.

“Dissertasiyanın tərtibi qaydalarına dair” adlı seminar 2023-cü ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub.

Seminarın spikeri institutun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov mövzu ilə bağlı məruzə edib.

Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov və pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov seminar iştirakçılarını maraqlandıran suallara cavab verib.

Xəbər lenti