Logo

Gəncə Dövlət Filarmoniyası yeni layihəyə başlayır

02.12.2023 12:24 208 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Gəncə və gəncəlilər" adlı layihəyə start verir.

Bu barədə "Tehsil.biz"ə Filarmoniyadan məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi Gəncənin tarixini və burada yaşamış dahi insanların həyatını təbliğ etməkdir.

Layihədə Gəncənin tarixini və burada yaşamış dahilərin həyatını əks etdirən bədii və musiqili kompozisiyaların, dəyirmi masaların, konfransların təşkili və keçirilməsi nəzərdə tutulur.

"İlk dəfə təqdim olunacaq layihə əbədi-bədii xoreoqrafik musiqili gecə dahi Nizami Gəncəvinin əziz xatirəsinə həsr edilir. Layihə çərçivəsində qeyd edilən mövzularla bağlı silsilə tədbirlər keçiriləcək", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti