Logo

UNEC-də bilik yarışı keçirilib

02.12.2023 11:50 223 baxış
IMG

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev irsi - milli sərvətimizdir” adlı bilik yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, departamentin direktoru dosent Gülnarə Rzayeva yarışın Ümummilli Liderin zəngin irsinin, dövlət, xalq və Vətən qarşısındakı əvəzsiz xidmətlərini gənclərə daha dərindən tanıtmaq məqsədilə təşkil olunduğunu bildirib. Sonra yarışın iştirakçılarına uğurlar arzulayıb.

4 komandanın qələbə uğrunda mübarizə apardığı bilik yarışında tələbələr dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə sualları cavablandırıblar.

Sonda münsiflər heyəti (dos.G.Rzayeva, C.Həsənova, dos.G.Səfərli, A.Behbudova və G.Əliyeva) tərəfindən komandalar qiymətləndirilib və “Ugur” komandası qalib olub. Komandanın üzvləri - İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Gülnur Yolçuyeva, Aydan Sadıqova, Səkinə Yusubzadə və Maliyyə və mühasibat fakültəsinin tələbəsi Nuranə Əliyevaya medallar, digər komandaların üzvlərinə isə üzərində Ulu Öndərin əksi olan döş nişanları təqdim edilib.

Xəbər lenti