Logo

BDU-nun Fizika fakültəsinin əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun fəaliyyəti haqda məlumatlandırılıb - FOTO

01.12.2023 18:43 360 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində Fizika fakültəsində keçirilən elmi seminarda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna) Nüvə problemləri laboratoriyasının direktoru fizika-riyaziyyat elmləri doktoru Yevgeni Yakuşev məruzə edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Y.Yakuşev bildirib ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu Rusiyanın Moskva vilayətinin Dubna şəhərində yerləşən, 13 iştirakçı dövlətin təsisçisi olduğu beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatıdır. İnstitutda nəzəri və eksperimental tədqiqatların əsas istiqamətləri - nüvə fizikası, elementar hissəciklər fizikası və maddənin kondensə olunmuş halı araşdırılır. O, rəhbərlik etdiyi laboratoriyanın tarixindən və onun müasir elmi-tədqiqat problemlərindən də danışıb. Qeyd edilib ki, bu laboratoriyada dünyada çox məşhur olan təcrübələr, nadir proseslərin tədqiqi, neytrino, yüksək enerjilər fizikası və tətbiqi tədqiqatlar aparılır. Azərbaycan Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təsisçilərindən biri olduğu üçün azərbaycanlı alimlər laboratoriyada aparılan bütün tədqiqatlarda iştirak edə və müasir nüvə fizikası sahəsində tədqiqatlar apara bilərlər.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti