Logo

Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək

01.12.2023 14:01 222 baxış
IMG

Dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin tədbirlə əlaqədar təşkil etdiyi mətbuat konfransında bildirilib.

Bildirilib ki, "İtaliya mətbəxi masada: dad və rifah " mövzusuna həsr olunmuş tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və ICE-İtaliya Ticarət Agentliyinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Qeyd olunub ki, 6 gün davam edəcək VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsində məşhur italiyan aşpaz Pino Kuttaya qeyri-adi proqramla və bir sıra maraqlı tədbirlərlə çıxış edəcək. O, dekabrın 6-sı saat 12.00-da "Dinamo Hotel Baku" ila birgə təşkil olunmuş tədbirdə "Il Cannolo Siciliano di Melanzane " resepti ilə masterclass keçirəcək.

Eyni zamanda dekabrın 5-i və 6-da Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün "Dinamo Hotel Baku"da aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.

Xəbər lenti